2020-05-29
Qətərin “Əl-Raya” qəzeti səfir R.İsmayılovun 28 May – Respublika günü ilə əlaqədar onlayn mətbuat konfransı barədə məqalə yayımlayıb

Qətərin ərəb dilli “Əl-Raya” qəzetinin 29 may 2020-ci il tarixli sayında səfir Rəşad İsmayılovun 28 May – Respublika günü münasibəti ilə yerli KİV nümayəndələri ilə keçirdiyi online mətbuat konfransı barədə geniş məlumat dərc olunub. Məqalədə Azərbaycan-Qətər ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair jurnalistlərin suallarına səfir R.İsmayılovun hərtəfəli cavabları yer alıb, Birgə Komissiya və İnvestisiyalar üzrə İşçi Qrup fəaliyyəti barədə məlumat verilib, Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutmuş Qoşulmama Hərəkatının son Zirvə Görüşündə alınan qərarlar çərçivəsində ikitərəfli əməkdaşlığa toxunulub, Azərbaycan Dövlət Neft Fondunun Qətər birjasına investisiyası, ümumilikdə iqtisadiyyat, ticarət, investisiya və s. sahələrdə əməkdaşlığın mövcud səviyyəsinə dair geniş məlumat yer alıb.

növbəti xəbər əvvəlki xəbər