2020-05-29
Qətərin “Əl-Şərq” qəzeti səfir R.İsmayılovun 28 May – Respublika günü ilə əlaqədar onlayn mətbuat konfransı barədə məqalə yayımlayıb

Qətərin ərəb dilli “Əl-Şərq” qəzetinin 29 may 2020-ci il tarixli sayında Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun 28 May – Respublika günü münasibəti ilə yerli KİV nümayəndələri ilə keçirdiyi online mətbuat konfransı barədə geniş məqalə dərc olunub. Məqalədə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti və onun fəaliyyəti, müstəqil Azərbaycanın Qətər ilə əlaqələri, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiya, eləcə də COVID-19 pandemiyası ilə mübarizə və digər sahələrdə əməkdaşlıq münasibətləri geniş şəkildə işıqlandırılıb.

növbəti xəbər əvvəlki xəbər