2020-05-29
Qətərin ingilis dilində çap olunan nüfuzlu “Peninsula” qəzetində 28 May – Respublika günü ilə əlaqədar geniş yazı dərc olunub

Qətərin ingilis dilində çap olunan nüfuzlu “Peninsula” qəzetində 28 May – Respublika günü ilə əlaqədar geniş yazı dərc olunub. Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumat verilib, dövlət quruculuğu, insan və vətəndaş hüquqlarının müdafiəsi, təhsil, diplomatik əlaqələrin qurulması, dünya dövlətləri tərəfindən tanınmaq və s. kimi istiqamətlərdə əldə olunmuş nailiyyətlərdən danışılıb. Yazıda Azərbaycan-Qətər əlaqələrinə də toxunularaq, bu əlaqələrin tarixi, bu günü və gələcək perspektivləri barədə məlumat verilib. Məqalə ilə “Peninsula” qəzetinin 25 may tarixli sayından tanış olmaq mümkündür.

növbəti xəbər əvvəlki xəbər