2020-03-16
Qətər Dövlətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına dair

Qətər Dövlətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Səfirliyin müvafiq müraciətinə əlavə olaraq bildiririk ki, Səfirliyin konsulluq şöbəsində qeydiyyata düşmək aşağıdakı qaydada həyata keçiriləcəkdir:

1- Qeydiyyat üçün http://doha.mfa.gov.az/content/86 keçidinə daxil olursunuz;

2- Sözügedən keçiddən "Vətəndaşın ərizəsi" və "Qeydiyyat vərəqəsi" yüklənib doldurulur;

3-Tələb olunan digər sənədlərin elektron surəti (skanı) çıxarılır;

4-Tam şəkildə doldurulmuş "Vətəndaşın ərizəsi" və "Qeydiyyat vərəqəsi" digər tələb olunan sənədlərin skan olunmuş surətləri ilə birlikdə doha@mission.mfa.gov.az ünvanına göndərilir.

növbəti xəbər əvvəlki xəbər