2020-02-04
Azərbaycanın Qətərdəki Səfirliyi tərəfindən əcnəbi qonaqlar üçün broşürlər hazırlanmışdır

Azərbaycanın Qətərdəki Səfirliyi tərəfindən viza və digər məqsədlərlə səfirliyə müraciət edən əcnəbilər üçün ölkəmizlə bağlı məlumat xarakterli broşürlər hazırlanmışdır. Dövlətimizin rəmzləri, eləcə də ölkəmizin coğrafiyası, mədəniyyəti və turizm imkanları barədə yığcam informasiyanın təqdim edildiyi broşürlər əcnəbi müraciətçilərin Azərbaycanla bağlı məlumatlılıqlarının artırılması məqsədi daşıyır. Broşürlərdə ölkəmizin bir sıra tarixi məkanlarını əks etdirən fotoşəkillər, habelə milli mətbəximizlə bağlı məlumat və şəkillər yer almışdır. Səfirliyimiz zəngin maddi-mənəvi irsimizin təbliği, ölkəmizlə bağlı həqiqətlərin çatdırılması və Azərbaycan-Qətər dostluq münasibətlərinin inkişafı istiqamətində səylərini bundan sonra da davam etdirəcəkdir.

növbəti xəbər əvvəlki xəbər