2022-10-05

Qətərdə “Bayraq Plaza” meydanında Azərbaycan Respublikası üçün ayrılmış stenddə Qarabağ atları haqqında məlumat yerləşdirilmişdir.

Qətərdə “Bayraq Plaza” meydanında Azərbaycan Respublikası üçün ayrılmış stenddə
Qarabağ atları haqqında məlumat yerləşdirilmişdir.

 
4 oktyabr 2022-ci il tarixində  Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında, Qətər Baş nazirinin müavini və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd bin Casim bin Həməd Al Tani, Qətər Muzeyləri Birliyinin sədri Şeyxa Əl Mayassa bint Hamad bin Khalifa Al Thani, Gənclər və İdman Naziri H E Salah bin Ghanim Al Ali və Qətərdə akkreditə olunan xarici ölkə diplomatik nümayəndəliklərinin rəhbərlərinin, eyni zamanda Azərbaycan Respublikasının Səfiri Rəşad İsmayılovun iştirakı ilə Dohada “Bayraq Plaza”nın açılış mərasimi keçirilmişdir.  
 
“Bayraq Plaza”nın  açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış etmiş, daha sonra Qətərdə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycan Respublikasının bayrağı qaldırılmışdır.
 
“Bayraq Plaza” meydanında Azərbaycan Respublikası üçün ayrılmış stenddə ölkəmiz haqqında qısa məlumatlar: üçrəlgli bayraq, ölkə əhalisi, ərazisi, rəsmi dil və Azərbaycana xas olan heyvan növü (Qarabağ atları) haqqında məlumat yerləşdirilmişdir.
 
Həmçinin, “Bayraq Plaza” meydanı ərazisində quraşdırılmış böyük monitorlarda Azərbaycanın mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında videoçarx nümayiş etdiriləcəkdir.

 

Arxiv üzrə axtarış