2022-09-20

Qətərli bloqerlərin ölkəmizə səfəri təşkil edildi.

Qətərli bloqerlərin ölkəmizə səfəri təşkil edildi.

Ölkəmizlə bağlı məlumatların yerli ictimaiyyətə çatdırılması işində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi ənənəvi media ilə yanaşı sosial media ilə də sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Bu çərçivədə 2022-ci il sentyabr ayında Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə qətərli bloqerlərin daxil olduğu nümayəndə heyətinin ölkəmizə səfəri təşkil edilmişdir.

Nümayəndə heyətinin tərkibinə Qətərin tanınmış bloqeri Mohammed Nasser Al Hajri, tanınmış fotoqraf Aref Ahussain, "Şəbəkət-əhl-Qatar” bloqunun sahibi xanım Aişə Əl Mənnai, və digərləri daxil olmuşdur.

Səfərin təşkilində əsas məqsəd qətərli bloqerlərin ölkəmizlə yaxından tanışlığının təmini, Azərbaycanla bağlı həqiqətlərin Qətər ictimaiyyətinə çatdırılması olmuşdur.

Ölkəmizə səfər zamanı, qətərli bloqqerlər işğaldan azad olmuş Zəngilan, Füzuli, Ağdam rayonlarında olmuş və ermənilər tərəfindən dağıdılmış şəhər və qəsəbələrdəki vəziyyətlə tanış olmuşlar. Onlar, Fizuli aeroportu və Zəngilandakı ağıllı kəndlə də tanış olmuşlar.

Bloqqerlər həmçinin Gəncə şərində olmuş və 44 Günlük Vətən Müharibəsi zamanı ermənilər tərəfindən raket atəşinə məruz qalmış yerləri ziyarət etmişlər.

Qətərli bloqerlər səfər boyu ölkəmiz barədə özlərinə aid 100 minlərlə izləyicisi olan sosial şəbəkələrdə ətraflı məlumat, foto və video materiallar yerləşdirmişdir.

Arxiv üzrə axtarış