2020-10-22

Gəncə terroru qurbanlarının xatirəsinin yad edilməsi üçün Qətərdə anım mərasimi təşkil olunub

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin inzibati binasında Ermənistanın oktyabrın 17-də müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədərək, Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.

Anım mərasimində Qətərdə yaşayan soydaşlarımız iştirak ediblər. Qətərdəki Azərbaycan icmasının üzvləri şəhidlərimizin xatirəsinə həsr olunan, özündə erməni vəhşiliyinin acı nəticələrini əks etdirən fotoşəkillərdən ibarət “Gəncə üçün dua et” adlı stendin önünə gül dəstələri düzüblər. Soydaşlarımız şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, erməni terrorunu lənətləyiblər.

Arxiv üzrə axtarış