Dohada keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası
24-25 noyabr 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
Tədbirdə iştirak etmək üçün Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.
25 noyabr tarixində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının 4-cü iclasının yekununda protokol imzalanmışdır.

