2025-07-01
Iran Islam Respublikasının Qətər Dövlətindəki səfiri ilə nəzakət görüşü
1 iyul 2025-ci il tarixində səfir Adış Məmmədovun İran İslam Respublikasının Qətər Dövlətindəki səfiri cənab Əli Salehabadi ilə qarşı tərəfin xahişi ilə nəzakət görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycan və İran arasındakı ikitərəfli münasibətlər və İranda baş vermiş son hadisələr müzakirə olunmuşdur.