2019-11-04
Qətər Dövlətinin paytaxtı Doha şəhərində birinci “İpək Yolu Konfrans və Sərgisi” keririlib.

3 noyabr 2019-cu il tarixində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Qətər Dövlətinin Nəqliyyat və Rabitə naziri Casim bin Seyf Əl-Suleytinin himayəsi altında birinci “İpək Yolu Konfrans və Sərgisi” öz işinə başlamışdır.

Sərgidə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə “Republic of Azerbaijan” stendi altında Azərbaycanın təşəbbüskarı və ya əsas tərəfdaşlarından biri olduğu beynəlxalq nəqliyyat marşrutları, eləcə də müvafiq sahədə fəaliyyət göstərən Azərbaycan şirkətləri, həmçinin Azərbaycanın turizm imkanları barədə məlumatlar təqdim olunmuşdur. Təqdim olunan broşür və kitabçalar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Ən qədim ticarət yol şəbəkələrindən biri olan İpək yolu Çin, Orta Asiya, Qərbi Asiya, Hindistan və Avropa arasında siyasi, iqtisadi və mədəni təcrübə mübadiləsinə böyük töhfə vermişdir.

növbəti xəbər əvvəlki xəbər