2019-09-30
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin İnzibati İnkişaf, Əmək və Sosial Məsələlər naziri ilə görüş keçirib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin İnzibati İnkişaf, Əmək və Sosial Məsələlər naziri Yusif Məhəmməd Əl Osman Faxru ilə görüşüb.

Görüş zamanı, ilk öncə Azərbaycan-Qətər əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin və son dövr ərzində ən yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı roluna toxunulub.

Son illər ərzində ölkəmizdə bütün sahələrdə, xüsusilə əhalinin sosial müdafiəsi və əmək məsələlərinin tənzimlənməsi istiqamətində geniş islahatların aparıldığı qarşı tərəfin diqqətinə çatdırılıb. Bu xüsusda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyəti və xidmət istiqamətləri  barədə ətraflı məlumat verilib.

Daha sonra iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi sosial sahədə də əməkdaşlıq üçün geniş imkanlarının mövcudluğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın qurulmasının, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəfə faydalı olacağı nəzərə çatdırılıb.

növbəti xəbər əvvəlki xəbər