2019-09-20
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi ilə görüş keçirib

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan-Qətər münasibətləri və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Qətər Dövləti Baş Nazirinin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taniyə verilmiş “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı Dövlət nazirinə  təqdim olunub.

Nazir  təltifə görə Azərbaycan Xarici İşlər Nazirliyinə minnətdarlığını ifadə edib.

növbəti xəbər əvvəlki xəbər