2019-05-08
Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin “Əl-Şərq” qəzetində geniş müsahibəsi nəşr olunub

Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin “Əl-Şərq” qəzetində geniş müsahibəsi nəşr olunub.

Müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən ətraflı bəhs edilib. Azərbaycanın digər islam ölkələri, o cümlədən Qətərlə Ramazan ayı ilə bağlı oxşar dəyərləri bölüşdüyü nəzərə çatdırılıb çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardımların göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib. 

Müsahibədə sayı 10 milyona çatan Azərbaycan vətəndaşlarının Ramazan ayını böyük ehtiram və coşqu ilə qarşıladığı bildirilmiş, ölkəmizdəki mövcud yüksək səviyyəli dini və mədəni dözümlülük məsələlərinə toxunulub. Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu qeyd olunub. Müsahibədə Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilərək, bu ayın insanlarda həmrəylik və dözümlülük ruhu aşıladığı nəzərə çatdırılıb.

 

növbəti xəbər əvvəlki xəbər