2019-02-13
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin ingilis dilli “Peninsula” qəzetinin baş redaktoru Xalid Al-Şafi ilə görüş keçirib

11 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin ingilis dilli “Peninsula” qəzetinin baş redaktoru Xalid Al-Şafi ilə görüş keçirib

 “Peninsula” qəzeti Qətərdə gündəlik ingilis dilində nəşr olunan 3 qəzetdən biridir. 1996-cı ildən fəaliyyətə başlayan qəzet 2017-ci ildə Yaxın Şərq regionunda üçüncü ən yaxşı xəbərlər internet saytı mükafatına layiq görülüb.

Görüş zamanı qeyd edilən mətbuat orqanı ilə Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi, həmçinin Azərbaycan mətbuat orqanları arasında əməkdaşlıq əlaqələrinə dair geniş müzakirə aparılıb. Ölkəmizlə bağlı qəzetdə mütəmadi olaraq məlumatların, məqalə və müsahibələrin nəşri imkanları nəzərdən keçirilərək, bu sahədə müvafiq razılıq əldə olunub.

Görüş zamanı, həmçinin Azərbaycan - Qətər dostluq və əməkdaşlıq münasibətləri, iki ölkə arasında media və informasiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

növbəti xəbər əvvəlki xəbər