2018-12-17
Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılovun Qətər mətbuatında müsahibəsi nəşr olunub

17 dekabr 2018-ci il tarixində Səfir Rəşad İsmayılovun Qətər İnformasiya Agentliyində (QNA) və ölkənin digər aparıcı KİV-də (Peninsula, Əl-Ərəb, Əl-Vətən və s.) Qətər Dövlətinin milli bayramı və Azərbaycan-Qətər münasibətlərinə dair geniş müsahibəsi dərc edilmişdir. 

Müsahibədə səfir Qətər xalqını və rəhbərliyini ölkənin milli bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırmışdır. Son dövrlər Qətərin bütün sahələrdə böyük inkişafa nail olduğunu bildirən səfir, ölkənin regional və beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlərə toxunmuşdur.

Səfir Qətərin Azərbaycanın suverenliyini və müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu bildirərək, ölkəmizin dost və qardaş ölkə olan Qətərlə əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırmışdır. 2016 və 2017-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirən səfir, son dövr ərzində qarşılıqlı əməkdaşlığın inkişafı yönündə mühüm addımların atıldığını bildirmişdir. Müsahibədə əməkdaşlığın inkişafı üçün mövcud perspektivlərdən və həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər