2018-10-22
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayilov Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim Al Tani ilə görüşüb

Görüş zamanı Azərbaycan-Qətər iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Qətər ticarət dövriyyəsinin inkişafından məmnunluq ifadə olunub.

Səfir cari ilin 8-10 oktyabr tarixlərində Qətərdə keçirilmiş I Beynəlxalq Məhsullar Sərgisində Azərbaycan şirkətlərinin iştirakına toxunaraq, qarşılıqlı olaraq bu növ tədbirlərdə iştirakın və səfərlərin təşkilinin ikitərəfli əməkdaşlığın inkişafındakı əhəmiyyətini vurğulayıb.

Qətərli nazir Azərbaycan-Qətər ticarət və iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirərək, bu istiqamətdə səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

növbəti xəbər əvvəlki xəbər