2018-10-15
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin energetika və sənaye naziri Məhəmməd bin Saleh Al-Sada ilə görüşüb

Görüş zamanı energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarına toxunulub. Bildirilib ki, hər iki ölkə hazırda energetika sahəsində islahatlar aparır və bu sahədə qarşılıqlı faydalı təcrübə mübadiləsi apara bilər.

Səfir həmçinin, Qətərin qabaqcıl investisiya şirkətlərindən biri olan “Nebras Power” şirkətinin rəhbərliyinin Azərbaycana səfəri və uğurlu görüşlərindən bəhs edərək, enerji sahəsində iki ölkə arasında əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Məhəmməd bin Saleh Al-Sada ölkəsində energetika sahəsinin əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Qətər və Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığı məhsuldar və perspektivli hesab edərək energetika sahəsinin inkişafına, həmçinin ikitərəfli münasibətlərə töhfə vermək məqsədilə əməkdaşlığın gələcəkdə də genişləndirilməsinə dair istəklərini ifadə ediblər.

növbəti xəbər əvvəlki xəbər