2018-10-10
Azərbaycan Qətərin paytaxtı Dohada keçirilmiş Beynəlxalq Məhsul Sərgi və Konfransında iştirak etmişdir

8-10 oktyabr 2018-ci il tarixində Qətərin Doha Sərgi və Konfrans Mərkəzində 10 ölkənin (Azərbaycan, Əlcəzair, İran, Küveyt, Mərakeş, Oman, Pakistan, Tacikistan, Tunis və Türkiyə) iştirakı ilə Beynəlxalq Məhsul Sərgi və Konfransı (İnternational Products Exhibition and Conference- İPEC) keçirilmişdir. Qətər tərəfindən əsas ticarət və iqtisadi tərəfdaş olaraq müəyyən edilmiş 10 ölkənin iştirakı ilə keçirilən sərgi və konfransın məqsədi sözügedən ölkələrin dövlət və özəl şirkətləri ilə işgüzar əlaqələrin və qarşılıqlı sərmayələrin təşviq edilməsi olmuşdur.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları sərgidə təqdim olunmuşdur. Sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak etmişdir. Qətərin Baş naziri, Nazirlər Kabinetinin üzvləri, habelə  10 ölkənin yüksək səviyyəli nümayəndələri və işgüzar dairələrinin təmsilçilərinin iştirakı ilə sərgiyə baxış keçirilmişdir.

Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanmış və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılmışdır.

 

 

növbəti xəbər əvvəlki xəbər