2018-09-17
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb

17 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.

Görüş zamanı səfir investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı investisiyaların cəlb edilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində  birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin inkişafının təşviq edilməsinin əhəmiyyətini qeyd edib.

Saleh Bin Həməd Al Şərqi, öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu bildirərək, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını qeyd edib.

20180917_085542

növbəti xəbər əvvəlki xəbər