2018-05-10
Qətərin “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.

Məqalədə, Azərbaycan xalqının 10 may tarixində Müasir Azərbaycan Dövlətinin memarı, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü  qeyd etdiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmiş böyük tarixi lider olduğu qeyd olunub.

Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə toxunularaq, Heydər Əliyevin ölkəsinin müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.

Müasir Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının inkişafının və yenidən dirçəlişinin  Heydər Əliyevin adı ilə bağlı olduğu, onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dünyada etibarlı tərəfdaşa çevrildiyi qeyd edilib. Azərbaycanın bugünkü uğurlu inkişafında Heydər Əliyev şəxsiyyətinin əvəzsiz faktor olduğu vurğulanıb.

Yazıda Azərbaycanın ümummilli liderinin layiqli davamçısı olan İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyi qeyd edilib. Azərbaycan xalqının Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacağı nəzərə çatdırılıb.

 

növbəti xəbər əvvəlki xəbər