2018-05-02
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Milli Bankının (QNB) icraçı direktoru Əli Əhməd Əl-Kuvari ilə görüşüb

1 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Milli Bankının (QNB) icraçı direktoru Əli Əhməd Əl-Kuvari ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Qətər arasında maliyyə və bankçılıq sahəsində ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb. Bankçılıq sahəsəində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və tərəflər arasında birbaşa danışıqların aparılması imkanlarından bəhs edilib. Ölkəmizin maliyyə və bank sektoru haqqında Qətər tərəfinə ətraflı məlumat verilib.

Qətər Milli Bankının (QNB) icraçı direktoru Əli Əhməd Əl-Kuvari rəhbərlik etdiyi bankla Azərbaycan bankları arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını və bu sahədə lazımi addımlar atmağa hazır olduqlarını bildirib.

 

növbəti xəbər əvvəlki xəbər