2018-04-30
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin “Ooredoo Group” şirkətinin icraçı direktorunun müavini ilə görüşüb

30 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov ilə “Ooredoo Group”un icraçı direktorunun müavini Valeed Mohamed Al Sayed arasında görüş keçirilib.

Görüş zamanı informasiya texnologiyaları sahəsində perspektiv əməkdaşlıq və ölkəmizin aidiyyəti şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulması imkanlarına dair müzakirə aparılıb.

Qeyd edilməlidir ki, “Ooredoo Group” Yaxın Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiyadakı 164 milyondan çox müştəri bazası olan aparıcı beynəlxalq kommunikasiya şirkətidir. 2017-ci ildə şirkətin illik gəliri öncəki illə müqayisədə 16% artaraq 4,2 milyard ABŞ dolları olmuşdur.

növbəti xəbər əvvəlki xəbər