2018-04-30
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Turizm İdarəsinin sədri Ömər Abdulrəhman Əl Cabir ilə görüşmüşdür

29 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətər Turizm İdarəsinin sədri vəzifələrini icra edən Ömər Abdulrəhman Əl Cabir arasında keçirilmiş görüşdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.

Görüş zamanı, turizmin inkişafına töhfə verən, son bir ildə həyata keçirilmiş işlərdən bəhs olunmuş, hər iki ölkənin vətəndaşlarının sərhəd keçid məntəqəsində viza rəsmiləşdirə bilmə imkanı və paytaxtlar arasında həftədə 14 reysin olmasının əhəmiyyəti qeyd olunub. Həmçinin, ölkəmizin Körfəz ölkələri o cümlədən, Qətər vətəndaşları üçün “ASAN viza” sistemi vasitəsilə üç saat ərzində təcili viza əldə etmək imkanı təmin etdiyi qeyd olunub.

 

növbəti xəbər əvvəlki xəbər