2018-04-25
Qətərin Əl-Ərəb qəzeti səfir Rəşad İsmayılovun prezident seçkiləri ilə bağlı mətbuat açıqlamasını dərc edib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin ərəb dilli nüfuzlu “Əl-Ərəb” qəzetində ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı mətbuat açıqlaması dərc edilib.

Səfir mətbuat açıqlamasında 4 milyona yaxın ölkə vətəndaşının səs verdiyi prezident seçkilərində seçki aktivliyinin çox yüksək səviyyədə olduğunu və 75 faiz təşkil etdiyini bildirib. Prezidentlik kürsüsü uğurunda 8 namizədin mübarizə apardığını bildirən səfir səsvermə prosesinin 60 mindən artıq yerli və beynəlxalq müşahidəçi tərəfindən izlənildiyini qeyd edib.

Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səslərin 86 faizini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyi diqqətə çatdırılıb. Seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirildiyi bildirilib.

Qətərdə yaşayan azərbaycanlıların seçki hüququnun təmini məqsədilə səfirlikdə seçki məntəqəsinin təsis edildiyini və onların səsverməyə qatılması üçün lazımi şəraitin yaradıldığını bildirən səfir, vətəndaşlarımız üçün səfirlikdə təhlükəsiz səsvermənin təmininə verdiyi dəstəyə görə Qətər tərəfinə təşəkkürünü ifadə edib. Səfir həmçinin, Azərbaycan və Qətər xalqları və dövlət başçıları arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu nəzərə çatdırıb.

növbəti xəbər əvvəlki xəbər