2018-04-19
Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik etmişdir

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan şərəf hissi duyuram.

Zati-aliləri, Sizə yeni-yeni uğurlar və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf arzulayırıq.

Ən yüksək ehtiramlarımla,

 

Abdullah bin Nasser bin Xəlifə Al Tani

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri

növbəti xəbər əvvəlki xəbər