2018-04-10
Qətər Universitetinin tələbələri Azərbaycana səfər etmişdir

6-12 aprel tarixlərində Qətər Universitetinin 78 nəfərlik tələbə heyəti Azərbaycanda səfərdə olmuşdur.  

Səfər çərçivəsində tələbələr “İçərişəhər”, “Şirvanşahlar sarayı”, “Qız Qalası”, “Bayraq meydanı”, “Azərbaycan Xalça Muzeyi”, “Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası”, “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Yanar Dağ” və digər bu kimi tarixi -memarlıq abidələrini ziyarət etmişdir. Tələbələr, həmçinin Qəbələ, Şəki və Qax regionlarında olmuşlar.

Səfər zamanı ADA Universitetində tələbələrlə görüş təşkil olunmuş və tələbələrə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri habelə, tolerantlıq və multikulturalizm kimi dəyərləri haqqında ətraflı məlumat verilmişdir.

növbəti xəbər əvvəlki xəbər