2018-04-09
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Yuri Sentyurin arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov ilə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Yuri Sentyurin arasında görüş keçirilib.

Görüşü zamanı GECF-nin fəaliyyəti və Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların dünya bazarlarına çıxarılması məqsədilə ölkəmizin təşəbbüskarı olduğu transmilli və qlobal əhəmiyyətli enerji layihələrindən danışan səfir Avropanın enerji təhlükəsizliyinə, verdiyi töhfə barədə müqabil tərəfə məlumat verib.   

Baş katib Y. Sentyurin 29 may -1 iyun 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konferansında iştirak üçün Azərbaycana səfər edəcəyini qeyd edib.

növbəti xəbər əvvəlki xəbər