2018-04-08
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində qətərli bloqqerlər ilə görüş keçirilib

7 aprel 2018-ci tarixində  Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində qətərli bloqqerlər ilə görüş keçirilib. Görüş Respublikamız haqqında yerli bloqqerleri məlumtlandırmaq və sosial media vasitəsilə ölkəmizin  mədəni, tarixi dəyərlərinin və turizm imkanlarının tanıdılması məqsədilə təşkil edilib.

Qətərin ən fəal və tanınmış bloqqerlərinin qatıldığı görüşdə ilk öncə ölkəmizin hər tərəfli inkişafını və turizm potensialını əks etdirən video-çarx nümayiş etdirilib.

Daha sonra səfir Rəşad İsmayılov qonaqları salamlayaraq, ölkəmizin tarixən dini və mədəni  bağlılığı olduğu ərəb ölkələri, xüsusilə Qətər ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirən səfir son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir beynəlxalq təşkilatlar çərçivəsində Qətərin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Çay süfrəsi arxasında davam edən görüşdə bloqqerlərə ölkəmizin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm imkanlarına dair geniş məlumat verilib. Son illər ərzində Qətərdən ölkəmizə gələn turistlərin sayındakı ciddi artımdan məmnunluq ifadə edilib.

Qətərli bloqqerlər görüşün təşkilinə görə təşəkkürlərini bildirərək, öz sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın Qətərdə daha da tanıdılması işinə töhfə verməyə hazır olduqlarını bildiriblər. 

növbəti xəbər əvvəlki xəbər