2018-04-06
Qətər Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən Nazirlər Konfransında iştirak etmişdir

Qoşulamam Hərəkatının Bakıda keçirilən Nazirlər Konfransında iştirak edən Qətər nümayəndə heyətinə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Mureyxi rəhbərlik etmişdir.

Nazir tədbirdə çıxış edərək, Qətər Dövlətinin siyasətinin prioritetlərindən birinin böhran və münaqişələrin dinc yollar, vasitəçilik və qabaqlayıcı diplomatiya ilə həlli və qarşısının alınması ilə dünyada sülhün, sabitliyin və təhlükəsizliyin yaradılması və qorunub saxlanılmasına yönəlmiş cəhləri dəstəkləmək olduğunu bildirmişdir.

Nazir dost Azərbaycan Respublikasını Qoşulmama Hərəkatının Nazirlər Konfransına rəhbərlik etməyə başlaması münasibətilə təbrik edərək, bunun konfransın müvəffəqiyyət əldə etməsinə töhfə verəcəyini bildirmişdir. O, həmçinin Azərbaycan hökumətinə konfransı yüksək səviyyyədə təşkil etdiyinə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə etmişdir.

növbəti xəbər əvvəlki xəbər