2018-04-03
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin Əl-Cəzirə Media Şəbəkəsinin rəhbərliyi ilə görüş keçirmişdir

2 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin “Əl-Cəzirə” Media Şəbəkəsinin baş direktoru Mustafa Savvaq və “Aljazeera English” kanalının icraçı direktoru Giles Trendle ilə  görüşmüşdür.

Görüş zamanı Azərbaycan-Qətər münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizin tarixən dini və mədəni  bağlılığı olduğu ərəb dünyası ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyi diqqətə çatdırılıb.

Əl-Cəzirə media şəbəkəsi ilə ölkəmizin aidiyyəti media orqanları arasında əməkdaşlıq perspektivlərindən bəhs edilib. Əl-Cəzirə Media Şəbəksinə mənsub televiziya kanalları və elektron informasiya portallarında ölkəmizlə bağlı süjet və materialların yayımı imkanları müzakirə edilib.

Regionun aparıcı media qurumu kimi “Əl-Cəzirə” kanalı vasitəsilə ölkəmiz, xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv və düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətinə toxunulub.

növbəti xəbər əvvəlki xəbər