2018-04-02
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin protokol idarəsinin direktoru Səfir Ibrahim Yousif Abdullah Fakhro ilə görüşmüşdür

01 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin protokol idarəsinin direktoru Səfir Ibrahim Yousif Abdullah Fakhro ilə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın daha da inkişafı yollarının müzakirəsi məqsədilə görüş keçirilmişdir.

 

Görüşdə yaxın keçmişdə ölkə başçılarının qarşılıqlı səfəri və səfər çərçivəsində iqtisadi və ticarət əlaqələrin inkişafına töhfə verəcək, ona hüquqi zəmin yaradacaq sənədlərinin imzalanması və qüvvəyə minməsinin əhəmiyyətindən bəhs edərək əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmiş həmçinin, qarşılıqlı səfərlərin intensivliyinin artırılması və imzalanmış hüquqi sənədlərdə nəzərdə tutulmuş müddəaların icrası istiqamətində birgə addımların atılmasının vacibliyi vurğulanmışdır.

növbəti xəbər əvvəlki xəbər