2018-03-15
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Fikrət Özer ilə görüşüb

15 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Fikrət Özer ilə görüşüb.

Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Fikrət Özer ilk öncə səfiri salamlayaraq, onu bu şərəfli və məsuliyyətli vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. Görüşdə beynəlxalq platformada, ikitərəfli və çoxtərəfli kontekstdə Türkiyə ilə Azərbaycanın bir qardaş kimi bir-birinə çox yaxın münasibət bəslədikləri bildirildi. Səfir, bu həmrəyliyin Türk dünyasının çox hörmətli və dəyərli lideri olmuş Heydər Əliyevin ifadə etdiyi və iki ölkə arasındakı münasibətləri xarakterizə etmək üçün artıq milli konsepsiya çevrilmiş “Bir millət iki dövlət” ifadəsinin ruhuna sadiqliyin göstəricisi olduğunu vurğuladı.

 

növbəti xəbər əvvəlki xəbər