2017-12-12
Qətərin ingilisdilli “The Peninsula” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc edilib

Məqalədə bu günlərdə Heydər Əliyevin xatirəsinin yad edildiyi bildirilir, onun həyatı və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilir.

Yazıda Heydər Əliyevin ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider və siyasi xadim olduğu bildirilir. Azərbaycanın üzləşdiyi ağır günlərdə xalqın tələbi ilə yenidən rəhbərliyə gələn Heydər Əliyevin 1993-cü və 1998-ci illərdə iki dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi oxucuların diqqətinə çatdırılır.

Məqalədə Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğu, onun yeritdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın bu gün Şərq və Qərb arasında etibarlı tərəfdaşa çevrildiyi qeyd edilir.

Müəllif hazırda Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayır. Heydər Əliyevin bütün azərbaycanlıların yaddaşında və qəlbində yaşadığı, onun öz ideyaları və Azərbaycanın inkişafı naminə gördüyü işləri ilə həmişə yaşayacağı qeyd edilir.

Qətərin ingilisdilli “The Peninsula” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc edilib

 

növbəti xəbər əvvəlki xəbər