2017-02-28
Azərbaycanın ixrac missiyası Qətərdədir

İxrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

Səfərin ilk günü Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, şirkətlərimiz layihələrini investorlara təqdim ediblər.

İxrac missiyası həmçinin, “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distribüterlik məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə ikitərəfli görüşlər keçirəcəklər.

növbəti xəbər əvvəlki xəbər