2017-01-20
20 Yanvar faciəsinin ildönümü Qətərdə qeyd edilmişdir
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi 20 Yanvar faciəsinin 27 illiyinə həsr olunmuş anım tədbiri təşkil etmişdir. 
 
Tədbirdə səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, Azərbaycan diaspora təmsilçiləri, diplomatlar və jurnalistlər iştirak etmişdir. Tədbir 20 Yanvar qurbanlarının xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlamışdır. 
  
Tədbir iştirakçılarına müraciət edən səfir Tofiq Abdullayev faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə danışmışdır. 20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən söz açan səfir, qeyd edilən faciənin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu və həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifə açdıqlarını bildirmişdir.
 
Səfir əlavə etmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndirmiş və bir il yarımdan sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnmişdir.
 
20 Yanvar faciəsinin 27-ci ildönümü Qətər mətbuatında işıqlandırılmışdır. 
növbəti xəbər əvvəlki xəbər