2016-12-13
Azərbaycan və Qətər arasında aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir

Dekabrın 13-də “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov ilə Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

Cahangir Əsgərov bildirib ki, Azərbaycan ilə Qətər arasında, həmçinin AZAL və “Qatar Airways” aviaşirkətləri arasında tarixən sıx münasibətlər mövcuddur. Onun sözlərinə görə, həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə yoxdur.

Abdulla Nasser Turki Al-Subay öz növbəsində qeyd edib ki, ilk dəfədir Bakıda səfərdədir və Azərbaycanın paytaxtı onda çox böyük təəssürat yaradıb. O vurğulayıb ki, səfərinin məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığı müzakirə etməkdir.

Tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın Azərbaycan və Qətər arasında münasibətlərin intensivləşdirilməsinə və hərtərəfli inkişafına xidmət edəcəyinə əmin olduqlarını bildirib.

növbəti xəbər əvvəlki xəbər