2016-09-30
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Qətərin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul etmişdir
Səfir Yusif bin Həsən Yusif əl-Sai etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. Görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu, turizm sahəsində uğurlu əməkdaşlıq imkanları müzakirə edildi. 

Səfir Yusif bin Həsən Yusif əl-Sai diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi. 
 
Nazir Elmar Məmmədyarov Səfirə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər