2016-07-19
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev Türkiyədə hökumətə qarşı çevriliş cəhdi ilə bağlı Qətərin Əl-Raya qəzetinə müsahibə vermişdir
Qəzetin 17 iyul tarixli sayında dərc edilmiş müsahibədə səfir Türkiyədə legitimliyə və demokratiyaya qarşı olan çevriliş cəhdini pisləyərək, bunun qəbuledilmiz olduğunu bildirmiş və Türkiyə xalqı ilə qanuni hökumət arasındakı birliyi və həmrəyliyi yüksək qiymətləndirmişdir.
 
Səfir bu həmrəyliyin xalqın demokratik yolla seçdiyi hökumətə sədaqətini təcəssüm etdirdiyini qeyd edərək, hərbi çevrilişə cəhdin ordu daxilində yolunu azmış kiçik bir qrup tərəfindən həyata keçirildiyini əlavə etmişdir. Tofiq Abdullayev Türkiyə xalqının öz legitim rəhbərliyi ətrafında birləşməsinin istənilən yerdə qanuni hökumətin və demokratiyanın dəstəklənməsi baxımından uğurlu praktiki nümunə təşkil etdiyini də vurğulamışdır.
 
növbəti xəbər əvvəlki xəbər