2016-06-17
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”ə əsasən qərara alıram:
 
1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
 
Komissiyanın həmsədri
 
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
 
Komissiyanın üzvləri:
 
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
 
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
 
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
 
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
 
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 
Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri
 
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərsin.
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 17 iyun 2016-cı il.
növbəti xəbər əvvəlki xəbər