Səfir

Rəşad Fail oğlu İsmayılov

TƏRCÜMEYİ-HAL

07.06.1974   Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1981-1991    Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qizil medalla bitirib.

1991-1996    Baki Dövlət Universitetinin hüquq fakultəsinin əyanı şöbəsini fərqlənmə diplomu ilə bitirib.

2001-2003   Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsini bitirib. 

1996-2003   Həyat Qeyri Hökümət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin Rəisi olmuşdur.

2003-2005  Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı “nın layihə rəhbəri olmuşdur.”Milli Sosial Müdafiə Sisteminin Inkişa Proqramı “nın kordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin Inkişaf Proqramı arasında imzalanmış  “Milli Sosial Müdafiə Sisteminin Inkişafı”  layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak etmışdir.

2008-2009  Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring”  MMC- biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya –Azərbaycan Ticarət Palatasının rəhbər olmuşdur.

2009-2010  Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru olmuşdur.

2011-2015  SOCAR - "Ekol Mühəndislik Xidmətləri "QSC- də  Baş direktorun müavini olmuşdur.

10.09.2015  Cənab Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib.

10.09.2015  Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

07.02.2018 Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Ailə vəziyyəti: Evlidir, iki övladı var.

İngilis, türk və rus dillərini bilir.