2019 Formula 1 Azərbaycan Qran-Pri yarışı

Azərbaycan Respublikası Prezidentinin 2019 Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair 1013 nömrəli, 05 mart 2019-cu il tarixli Sərəncamına əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab olunur:

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  2. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  3. 2019 Formula 1 Azərbaycan Qran-Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənəd.

Qran-Pri ilə əlaqədar Azərbaycana gələn şəxslər Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə “ASAN Viza” sistemi (www.evisa.gov.az) vasitəsilə elektron viza almaq imkanı olacaqdır.