Səfirin müraciəti

Əziz dostlar,

Ümid edirəm ki, siz bu internet səhifəsi vasitəsi ilə sevimli Azərbaycanımız, onun tarixi,  siyasi və mədəni həyatı, eləcə də Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli münasibətlər barədə ətraflı məlumat əldə edə biləcəksiniz.

Bu internet səhifəsində siz həmçinin, Azərbaycanın xarici siyasəti, xüsusilə ölkəmizin Qətər Dövləti ilə siyasi, iqtisadi və mədəniyyət sahələrində inkişaf edən əlaqələri barədə geniş məlumat əldə edə bilərsiniz. Azərbaycan - Qətər münasibətləri dinamik olaraq inkişaf edir və biz Qətərlə qardaşlıq münasibətləri yaratdığımızı fəxrlə deyə bilərik. Hər iki dövlət sülhün, mədəniyyətlərarası anlaşmanın və dözümlülüyün  əhəmiyyəti ilə bağlı ortaq mövqeyi bölüşür. Bu əlaqələr qarşılıqlı hörmətə, Yaxın Şərqdə, ümumilikdə isə bütün dünyada sülhün dəstəklənməsi öhdəliyinə əsaslanır. Mən ölkəmin Qətər Dövlətindəki səfiri kimi Azərbaycanın Qətərlə əlaqələrinin inkişafına töhfə vermək imkanını qazandığım üçün çox şadam. Turizm, ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. Azərbaycan özəl sektorun inkişafı üçün əlverişli biznes mühitinin təmini istiqamətində çoxşaxəli islahatlar həyata keçirmişdir. Biz iftixarla deyə bilərik ki, ölkəmizdəki investisiya mühiti sabitliyi, siyasi əlverişliliyi və mədəni müxtəlifliyi ilə regionda ən öncül yeri tutur.

Mən və həmkarlarım sizə yardım etməkdən məmnunluğumuzu ifadə edirik. Azərbaycan-Qətər dostluq münasibətlərinin hər iki dövlətin və xalqın mənafeyinə uyğun olaraq inkişafının təmini məqsədilə əlimdən gələni edəcəyəm.

Ümid edirik ki, internet səhifəmiz sizin üçün faydalı olacaqdır. Sizin rəy və təklifləriniz bizim üçün dəyərlidir.

Hörmətlə,

Səfir

Tofiq Abdullayev