2019-07-19
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

18 iyul 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri cənab Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

növbəti xəbər əvvəlki xəbər