2016-03-08
Azərbaycan Prezidentinin və Qətər Dövlətinin Əmirinin təkbətək görüşü olmuşdur

Martın 8-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırıldı.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər
 
 
bakushop_1